Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi 2023-cü il ərzində Bərdə rayon ərazisində bağçaların yemək təchizatı ilə bağlı tenderə yekun vurub.
"İki sahil” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, "MƏİŞƏT İST" MMC bu tenderin qalibi seçilib. Qalib şirkətlə 3 milyon 150,430 min manat həcmində bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, "MƏİŞƏT İST" MMC-nin 69 min 881.77 manat vergi borcu yaranıb. "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq