Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərlərilə növbəti görüş olub.
“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, görüşdə son makroiqtisadi meyillər və proqnozlara dair təqdimat keçirilib.
Təqdimat zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya, faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, valyuta bazarı, eyni zamanda son qlobal iqtisadi meyillərin maliyyə sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edilib.
Görüşdə sektorun inkişaf məsələləri, qarşıda duran başlıca strateji vəzifələr, həmçinin sığorta sahəsində istehlakçıların hüquqlarının qorunması vəziyyəti, onun gücləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq