25 fevral 2023 13:13
501

Niderland şirkəti “AAS-Ekol”dan 610 minlik kapitalını geri çəkib

“AAS-Ekol” MMC-nin təsisçilərindən biri - Niderlandın“AA Servicess” şirkəti MMC-dən 71%-lik payını geri çəkib.

“İki sahil” xəbər verir ki, bu barədə MMC məlumat yayıb. Belə ki, “AA Servicess” “AAS-Ekol” MMC-nin nizamnamə kapitalındakı 610 min 173,2 manat payını geri çəkib və şirkətin təsisçiliyindən çıxıb. Bununla əlaqədar olaraq “AAS-Ekol” MMC-nin nizamnamə kapitalı 250 min manata kimi azalıb.

Qeyd edək ki, tullantıların idarə olunması sahəsində birgə müəssisə kimi 2009-cu ildə yaradılan “AAS-EKOL” MMC-nin təsisçiləri Niderlandın “AA Servicess” şirkəti ilə yanaşı, “Ekol Mühəndislik Xidmətləri” QSC olub. “Ekol Mühəndislik Xidmətləri” QSC isə SOCAR (51%) və xarici investor “Lancer Services S.A.” şirkətinin (49%) pay iştirakı ilə 2006-cı ildə təsis edilib.