25 fevral 2023 17:27
414

TDT Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Türk Dövlətləri Təşkilatı Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb.

“İki sahil” xəbər verir ki, təşkilatın rəsmi saytında yayılan bəyanatda deyilir:

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində azərbaycanlı dinc sakinlərə qarşı törətdiyi soyqırımından 31 il ötür.

İnsanlığa qarşı cinayət olan bu qanlı qətliam nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb.

Xocalının acı xatirəsi hələ də azərbaycanlı qardaşlarımızın qəlbindədir. Türk Dövlətləri Təşkilatı olaraq Xocalı soyqırımı qurbanlarını dərin hörmət və rəhmətlə yad edir, Azərbaycan xalqı və hökuməti ilə hər zaman çiyin-çiyinə olduğumuzu bildiririk".