"Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində ümumilikdə paytaxtdan olan 3 minə yaxın tələbənin iştirakı ilə “613” fləşmob keçirilib.
Gənclər və İdman Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, fləşmobun başlıca məqsədi Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
“Nə tarix, nə bizlər unutmadıq!” şüarı ilə reallaşan fləşmobda tələbələrdən ibarət formalaşdırılan “613” kompozisiyası erməni silahlı birləşmələri tərəfindən soyqırımına məruz qalmış günahsız Xocalı sakinlərinin sayını göstərib.
Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Dəniz Kənarı Bulvar ərazisində həyata keçirilən fləşmob və onun tərkib hissəsi olan kompozisiya şəhər sakinlərinin marağına səbəb olub.