Neftçala rayonunda Xocalı soyqırımının 31- ci il dönümü ilə əlaqədar tədbir keçirilib və Xocalı soyqırımı faciəsinin qurbanlarının xatirəsi yad olunub.
“İki sahil” xəbər verir ki, Neftçala şəhərinin mərkəzində ucaldılan Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə ucaldılan abidə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, Rayon Ağsaqqallar şurasının, Rayon İcitmai şurasının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, din xadimləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub, Xocalı qurbanlarının ruhuna dualar oxunub və gül dəstələri düzülüb.
Tədbirdə məktəblilərin hazırladıqları Xocalı qurbanlarının xatirəsinə həsr olunan rəsm sərgisinə baxış keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, Xocalı soyqırımı şəhidlərinin və qardaş Türkiyə Cümhuriyyətində 6 fevral 2023-cü ildə baş verən zəlzələ qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Şəhrəbanu Əhmədova və Vətən Müharibəsi iştirakçısı Vüqar Qələşov Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat verib, Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli, amansız faciəli səhifələrindən biri olduğunu və Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun rolundan danışan tədbir iştirakçıları bu həqiqətlərin Birinci vitse- prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu diqqətə çatdırıblar və fondun dəstəyilə bir çox ölkələrdə rus, ingilis və türk dillərində “Xocalı soyqırımı” filmi nümayiş etdirilib, Xocalı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Tədbir Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon Mədəniyyət evinin kollektivlərinin ədəbi-bədii kompozisiyaları, “ 25 Böyüməyən uşaqlar” bədii filmi nümayiş olunub və tədbir iştirakçılarını bir daha o ağır günlərə qaytarıb, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi yad olunub.