26 fevral 2023 15:17
400

Bayraktar: 31 il əvvəl bu gün dünya bəşəriyyət adına utancverici bir soyqırıma şahid oldu

“31 il əvvəl bu gün dünya bəşəriyyət adına utancverici bir soyqırıma, qırğına şahid oldu".

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar özünün "Twitter" səhifəsində yazıb.

“Qardaşlarımızın və bacılarımızın çəkdiyi acıları, Xocalı soyqırımını unutmadıq, unutmayacağıq! Şəhid qardaşlarımızı ve bacılarımızı rəhmətlə yad edirəm”, - o bildirib.

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.