"Report" xəbər verir ki, bunu Meksika senatoru Nabor Elbarta Xuars Mansera Bakıdakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsinin qarşısında jurnalistlərə açıqlamasında deyib.
“İki sahil” xəbər verir ki, o, digər xalqların hüquqlarına və qanununlarına hörmətlə yanaşdıqlarını bildirib:
"Vaxtilə Meksikanın rəhbəri olmuş Benita Xuaresin şüarına əsasən biz hər zaman digər xalqların hüquqlarını, qanunlarına riayət etməliyik və onlara hörmət etməliyik. Bu şüar çərçivəsində bu gün Azərbaycandayıq və Azərbaycan xalqı ilə həmrəyik. Hesab edirik ki, hər zaman insanların hüquqları qorunmalıdır".