“Xocalı soyqırımı bizim unudulmayacaq qan yaddaşımızdır”.
“İki sahil” xəbər verir ki, bu sözləri “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüsü Nazənin Abdullayeva deyib.
“31 il öncə ağır cinayətlərin qurbanı olmuş soydaşlarımızın xatirəsini ehtiramla anırıq. Onların əziz xatirəsini hər zaman qəlbimizdə yaşadacağıq” - o, bildirib.