26 fevral 2023 19:14
454

Mustafa Şentop Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı özünün "Twitter" səhifəsində paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

“31 il əvvəl Xocalıda şəhid olan azərbaycanlı bacı-qardaşlarımızın xatirəsini rəhmətlə yad edir, kədər və sevinc içində əbədi bir yerdə olduğumuz Azərbaycana bir daha başsağlığı verirəm.

Rəsmi olaraq beynəlxalq cinayət kimi tanınan bu soyqırımı heç vaxt unutmayacağıq”.