Böyük Britaniya Parlamentinin qarşısında Xocalı soyqırımının 31-cu ildönümünə həsr olunmuş aksiya keçirilib.
Böyük Britaniyadakı Azərbaycanlıların Koordinasiya Şurasının təşkilatçılığı ilə keçirilən aksiyaya Azərbaycan diasporonun üzvləri, azərbaycanlı tələbələr qatılıblar. İştirakçılar əllərində Xocalı soyqırımı ilə bağlı məlumatlar , “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik!”, “Biz sülh istəyirik!” şüarları yazılmış plakatlar tutublar.
10 yaşlı Lujain Mammadli Xocalı ilə bağlı yazılmış poemanı ingilis dilində oxuyub.
Londonda yaşayan tələbələrdən Kamal Əliyev bildirib ki, məqsədimiz dünyaya erməni seperatçıların Azərbaycana qarşı törətdiyi amansız qətliamı dünyaya çatdırmaqdır. “Bizim məqsədimiz Ali Baş komandanımızın rəhbərliyi altında Xocalıya qayıtmaqdır”, - deyə o, bildirib.
Tələbələrdən Nəriman Abbaszadə qeyd edib ki, Azərbycana yaşadılan bu qanlı və misli görünməmiş qətliamın ədalətə bərqərar olunmasını, dünya ölkələri tərəfindən tanınmasını istəyir.
APA