Türkiyədə zəlzələ bölgəsində fəaliyyət göstərən Azərbaycan könüllüləri tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Azərbaycan Gənclər Fondundan "İki sahil"ə bildirilib ki, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar könüllü gənclərimiz Kahramanmaraş şəhərində salınmış Xocalı parkını və burada ucaldılan abidəni ziyarət edib, faciə qurbanlarının xatirəsini yad ediblər.
Daha sonra Azərbaycan könüllüləri tərəfindən Xocalı parkının ərazisində zəlzələ qurbanları üçün müvəqqəti salınmış çadır şəhərciyində təmizlik işləri aparılıb, yerli əhaliyə isti içkilər təqdim edilib, habelə uşaqlara şirniyyat paylanılıb.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib