Azərbaycanın ABŞ-dəki səfirliyinin inzibati binası qarşısında Xocalıda lentə alınmış fotoların və eləcə də faciə haqqında faktların yer aldığı plakatlar nümayiş etdirilib.
“İki sahil” xəbər verir ki, amerikan ictimaiyyətini məlumatlandırmaq məqsədilə sərgilənən plakatlarda Xocalı dəhşətlərini əks etdirən fotolar da təqdim olunub.
Nümayiş olunan plakatlarda səfirliyin ABŞ Konqres kitabxanasında topladığı qəzetlərdə və dünya mətbuatında yayımlanan materiallar da əks olunub.
Səfirlik binasının önündən keçən yerli sakinlər plakatlar vasitəsilə Xocalıda 31 il öncə baş verənlər haqqında bilgiləniblər.