“Hesab edirəm ki, bu təkcə, azərbaycan xalqının deyil, həm də bizim faciəmizdir. Ədaləti təmin edən onu mütləq təyinat nöqtəsinə çatdıracaqdır, məqsəd icra olunacaqdır”.
“İki sahil” xəbər verir ki, bunu Rusiyalı politoloq, Cənubi Qafqaz regionu üzrə tanınmış siyasi ekspert Qriqori Trofimçuk Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə deyib.
O qeyd əlavə edib: “Mən Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” marafonuna diqqəti çəkmək istəyirəm. Bu, kimdənsə intiqam və ya qisas almaq deyil. Azərbaycanda bu iki sözün məna fərqini çox yaxşı başa düşürlər. Azərbaycan məhz ədalət tələb edir. Düşünürəm ki, bu məqsədə mütləq çatılacaq. Ona görə ki, ”Xocalıya ədalət” kampaniyası çərçivəsində çox işlər görülüb. Ədalət zəfər çalmalıdır. Bu, həm də bizim, rusların, rusiyalıların, Azərbaycanla dost olan hər kəsin vəzifəsidir. Hətta Azərbaycanın rəqiblərinin də vəzifəsidir. Ona görə ki, bu, hər kəsə aiddir. Nə qədər ki, Xocalıda qətlə yetirilən dinc sakinləri bizim kürəyimizdə yükdür, bu ədalət qlobal miqyasda zəfər çalmayacaq. Mənə elə gəlir ki, məhz bu səbəbdən dünyada dinc sakinlərin qətlə yetirilməsi problemi çoxalır. Ona görə ki, Xocalı hazırda postsovet və Avrasiya məkanında daha çox geniş yayılan qara nifrətin mənbəyidir. Biz rusiyalılar bu ədalətin zəfər çalması üçün səylər göstərəcəyik”.