“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Kolumbiya və Perunun paytaxt şəhərləri Boqota və Limanın mərkəzi küçələrində yerləşdirilən böyük və orta ölçülü lövhələrdə “Xocalıya ədalət!” çağırışları əks olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən "İki sahil"ə bildirilib ki, lövhələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin təsviri, “Xocalı soyqırımı 31 il”, “Xatırlayırıq” şüarları və “Xocalıya ədalət!” kampaniyasının rəsmi internet səhifəsi təsvir olunub.
Adıçəkilən şəhərlərin sakinləri lövhələrdə yer almış “Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edə bilir.