“Xarı Bülbül Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası” Polşanin Krakov şəhərində “Soyqırımı və insanlığa qarşı törədilmiş cinayətlər” mövzusunda elmi konfrans keçirib.
Assosiasiyadan "İki sahil"ə bildirilib ki, konfransa ADA Universitetinin professoru Ceyhun Rzayev, Varşava Dövlət Universitetinin professoru Nərgiz Axundova, Adam Mtskevic Universitetinin professoru Eva Domanska və Azərbaycanın Polşadakı səfirliyinin nümayəndəsi dəvət olunub.
Konfransda “Holokost”, “Xocalı soyqırımı”, “Srebrenitsa qətliamı”, “Katın qırğını” mövzularında çıxışlar dinlənilib. Hadisələrin tarixi, oxşar və fərqli cəhətləri barədə müzakirələr aparılıb. Sonda konfrans iştirakçılarına milli mətbəx nümunələrimiz təqdim olunub. Yekunda isə professorlara xatirə hədiyyələri təqdim edilib.