İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-nin “Assan STP Panel” zavodu “24-cü Özbəkistan UzBuild 2023” Beynəlxalq Tikinti Sərgisində öz stendi ilə təmsil olunur.
“İki sahil” xəbər verir ki, sərgidə şirkətin istehsal etdiyi dam və divar sendviç panellər və s. məhsullar “Made İn Azerbaijan” brendi ilə nümayiş etdirilir. Sərgiyə martın 3-də yekun vurulacaq.
Qeyd edək ki, 2022-ci ildə keçirilmiş “23-cü Özbəkistan UzBuild 2023” Beynəlxalq Tikinti Sərgisində 19 ölkədən 190-dan çox şirkət iştirak edib.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq