Yanvarın 1-dək İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna daxil olmuş müraciətlər əsasında kredit faizlərinin subsidiyalaşdırılması çərçivəsində sahibkarlara 68,5 milyon manat ödənilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Nazir bildirir ki, Sahibkarlığın İnkişafı Fonduna daxil olmuş müraciətlər üzrə 71,9 milyon manat subsidiyanın verilməsi təsdiqlənib:
“Sahibkarlara dəstək çərçivəsində tətbiq edilən kredit faizlərinin subsidiyalaşdırılması mexanizmi iqtisadi aktivliyin təmin olunmasına və biznes subyektləri tərəfindən daha çox layihənin reallaşdırılmasına imkan yaradır”.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq