İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Azərbaycanın qeyri-neft məhsullarının Mərakeşə ixracı imkanlarını araşdırır.
"İki sahil" AZPROMO-ya istinadən xəbər verir ki, bu məsələ qurumun nümayəndələrinin Mərakeşdə keçirdiyi görüşlərdə müzakirə olunub.
Görüşlərdə həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizin investisiya imkanları diqqətə çatdırılıb.
AZPROMO-nun təmsilçiləri Mərakeş İxracatçılar Assosiasiyası (ASMEX), Kasablanka-Settat Ticarət, Sənaye və Xidmətlər Palatası (CCISC), Mərakeşin İnvestisiya və İxracın İnkişafı Agentliyi (AMDIE), Mərakeş Müəssisələrinin Ümumi Konfederasiyası (CGEM), Mərakeş Əczaçılıq Sənayesi və İnnovasiya Federasiyası (FMIIP), Karbohidrogenlər və Mədənlərin Milli İdarəsi (ONHYM), həmçinin Türkiyənin BİM şirkətinin Mərakeşdəki filialı və Türkiyənin Rabat şəhərindəki səfirliyində görüşlərdə iştirak ediblər.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq