“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Xaçmaz, Laçın, Ağdam, Ağstafa, Naftalan, Zərdab, Lənkəran, Saatlı rayon və şəhər təşkilatları yerli icra hakimiyyətləri ilə birgə ağacəkmə kampaniyası keçirib.
“İki sahil” xəbər verir ki, kampaniyada YAP-ın yerli təşkilatlarının rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şam, çinar, zeytun və sərv olmaqla ümumilikdə 3000-ə qədər müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.
Şuşaya gedən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər
Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Qarabağ Universitetinin Elmi Şurasının 2026/2027-ci tədris ilində ilk iclası keçirilib.