19 mart 2023 02:34
417

Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir

Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşa çevrilib. Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa ittifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair anlaşma Memorandumunun imzalanması ölkəmizin bu mövqeyinə bir daha işıq salır. 2022-ci ilin iyulun 15-də dövlət başçımız İlham Əliyevin sədrliyi ilə alt ayın yekunlarına həsr olunan müşavirədə diqqət göstərilən əsas məsələlərdən biri Azərbaycanın enerji sektorunda qazandığı uğurlardır. Eenerji sektorunun ölkəmiz üçün prioritet olduğunu önə çəkən Prezidentimiz bildirib ki, bu gün enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır.

Digər sahələrdə olduğu kimi enerji sektorunda da işlər planlı şəkildə həyata keçirilir. Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Ölkə Prezidenti çıxışlarında daim bildirir ki, bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində hamımız tərəfdaşlarımızla iştirak edəcəyik. Əvvəlki dövrlərdə deyilən məsələlər öz həllini tapmasaydı, Cənub Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi. Rəqabət qabiliyyəti baxımdan MDB məkanında birinci olan Azərbaycan iqtisadi uğurlarını təmin etməklə yanaşı, regionda sülhün təminatı üçün daima səylərini artırır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər.

Prezident İlham Əliyev cənabları qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət edən önəmli lahiyədir. Bu fikir də hər zaman önə çəkilir ki, sabitlik iqtisadi inkişafın əsas məsələsidir. Bu gün dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, yerlərdə investisiyalar üçün ümumiyyətlə şərait yoxdur. Bütün bunlar Azərbaycanın Avropa üçün önəmini bir daha təstiqləyir. Etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən Azərbaycan malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etməklə yeni dostlar, tərəfdaşlar qazanır. Yaşıl enerji potensialı isə bu tərəfdaşlığı daha da gücləndirir. Beləliklə Şərqlə Qərb arasında enerji əlaqələrini möhkəmləndirən Azərbaycan yaxın illərdə yaşıl enerji dəhlizinə çevrilməklə, ümumilikdə dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu artıracaq. Bu isə ölkəmizin nüfuzunun eləcə də beynəlxalq əlaqələrdəki rolunun əhəmiyyətini daha da gücləndirəcək. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etmişimdir. Bizim bu sahədəki yanaşmamız ondan ibarətdir ki, əməkdaşlığımız dərinləşsin. Əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik.

Bu gün həm bölgədə, həm də dünyada bizim maraqlarımız təmin edilir. Azərbaycan Avropa İttifaqına mümkün qədər yaxın olmaq arzusundadır və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır. Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcəkdir. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq. Bu gün Azərbaycan Avropanın neft ixracatında mühüm rol oynayır. Cənub Qaz Dəhlizi yalnız kəmər deyil, XXI əsrin mühüm strateji enerji dəhlizidir. Avropa ittifaqı müasirləşmə islahatları ilə bağlı Azərbaycanın bütün təşəbbüslərin dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər yaratmaq istəyir. Dünya əhəmiyyətli enerji lahiyələrinin reallığa çevrilməsində Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümunə göstərilir. Cənab Prezident bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, millətləri, xalqları bir-birinə birləşdirməlidir. Avropa ittifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatıdır. Ökəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olması dəfələrlə təstiq olunmuş həqiqətdir.

Nabat Rəfiyeva
Bakşəhəri, Xətai rayonu, 316 saylı bağçanın müdiri,
YAP Xətai rayon təşkilatının fəalı