25 mart 2023 00:36
310

Dele Alli "Beşiktaş"ın bugünkü məşqinə qatılmadı

"Beşiktaş"ın futbolçusu Dele Alli əzələ yırtığı şübhəsi səbəbi ilə komandanın bugünkü məşqinə qatılmayıb.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ingilis hücumçunun son durumu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Superliqasının növbəti turunda aprelin 2-i "Fənərbaxça"nın qonağı olacaq.