KÖŞƏ

Vəli İlyasov

Başqalarına it hürəndə...

28 mart 2023 00:12
1436

Bir sual məni həmişə düşündürür: Niyə başqalarına it hürəndə bizə çaqqal hürür? Özü də sağımızda bir çaqqal, solumuzda da o biri. İkisi birlikdə səs-səsə verəndə isə donqili "bəstəkar" Aram Xaçaturyanın başqalarından oğurlayıb ermənicəyə çevirdiyi musiqilərə oxşayır.

Qısaca desək, bu əcaib duet lap zəhlə və əttökəndir. Zəncirini tərpətməsək də bu günlərdə yenə də birinin ulartısı eşidilir.

“İranlılara Novruz bayramı və 1402-ci ilin başlanğıcı münasibətilə səmimi təbriklər və ən xoş arzularımı çatdırıram. “Fars nəhəngi” Nizaminin “Həft peykər” ("Yeddi gözəl") əsəri Novruz adət-ənənəsini və bayramını gözəl formada nümayiş etdirir. Xalqa və İran rəhbərliyinə sülh, yeni nailiyyətlər və firavanlıq arzulayıram. Hər kəsi Novruz bayramı münasibətilə təbrik edirik.”

Ermənistanın "əldəqayırma" prezidenti Vaaqn Xaçaturyan bu "Twitter" paylaşımı ilə iranlı “qardaşlarını”  Novruz bayramı münasibətilə təbrik edib.Hələ 1402-ci ildə qalan ermənilərin fars “qardaşları” isə ondan da qədimdə pas atıb qaldıqlarını sübut edirlər.

Başının keçmədiyi yerə bədənini soxan Xaçaturyan dahi Azərbaycan şairi Nizamini fars şairi adlandırmaqla kifayətlənməyib, öz təbrik mesajına Bakıda milli geyimdə və əlində səməni olan xanımların çəkilmiş fotosunu da əlavə edib. Çünki başqa çarəsi də yoxdur.

Ancaq elə burada da Vaaqn dığa başından da böyük daha bir qələt eləyib. Bu bayram müsəlmanların bayramıdır, xristian farsların deyil. Əgər onların milli bayramı olsa, Vahan hökmən fars qızlarının milli geyimdə çəkilmiş fotolarını “qardaşlarına” göndərərdi.  Bu da faş olunmuş erməni-fars oğurluğunun daha bir nümunəsi. Mağara düşüncəli bu isanabənzərlər XXI əsrdə də başqalarına məxsus tarxi, musiqiləri, mədəniyyəti, memarlığı və hətta mətbəxi çalıb-çapmaqla, onları öz adlarına çıxmaqla məşğuldurlar. Neyləsinlər, bunlar onlarda yoxdur axı. Ermənilər bir tərəfdən, farslar digər tərəfdən daraşıblar bizim milli dəyərlərimizə. Özlərində olmayanları bizdən oğurlamaqla başlarını başlara qoşmaq niyyəti bunları rahat buraxmır. Nə qədər burunlarına vurulub öz yerlərini göstərirlərsə, yenə də həyasızcasına irəli soxulurlar.

"Əldəqayırma prezident" Xaçaturyanın bu hərəkəti ona oxşayır ki, özü düz-əməlli yeryə bilməyən tısbağa xalası oğlunu da belinə şələləyir. Bu abırsızlara daha nə deyəsən? Dünyada bunların murdar sifətinə tüpürməyən xalq qalmayıb. Hamının yanında etibarı itiriblər, yalnız sümsüklükləri və oğurluqları ilə tanınıblar,  ona görə də dostları yoxdur.