30 mart 2023 14:27
569

Türkiyədə güclü qara görə məktəblər bağlandı

Türkiyənin bəzi vilayətlərində güclü qar səbəbindən məktəblər bağlanıb.

“İki sahil” xəbər verir ki, vilayət rəhbərliklərindən bildirilib ki, qar yağmağa davam edir və buzlaşma səbəbindən məktəblərdə dərslər bir günlük təxirə salınıb.

Yozgat, Nevşehir, Gümüşhane, Sivas, Bayburt, Muş, Samsun, Erzincan, Ordu, Giresun vilayətlərindən müvafiq açıqlama yayılıb.

İnsanlara əlverişsiz hava şəraiti ilə əlaqədar diqqətli olmaları barədə xəbərdarlıq edilib.