Avropa İttifaqı (Aİ) ABŞ ilə əksər Avropa mallarına 10% gömrük rüsumunu nəzərdə tutan ticarət sazişini bağlamağa hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Brüssel, eyni zamanda Vaşinqtondan Aİ-nin ABŞ-la ticarətinin əsas sektorlarında, xüsusən də əczaçılıq, spirt, yarımkeçiricilər və kommersiya aviasiyası sahəsində tarifləri azaltmasını istəyir. Bundan əlavə, Aİ Amerika hakimiyyətini avtomobillərə və onların ehtiyat hissələrinə, həmçinin polad və alüminiuma olan rüsumları azaltmağa inandırmağa çalışır.
Avropa Komissiyası hesab edir ki, hazırda müzakirə olunan ticarət sazişi ABŞ üçün bir qədər daha əlverişlidir, lakin onun şərtləri Aİ üçün məqbuldur.
Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb
Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
Əraqçi: Xəzərin hüquqi statusu haqqında konvensiyanın ratifikasiyası İranın mənafeyinə uyğundur
Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək