30 mart 2023 13:07
329

Azərbaycan sabit, müasir və demokratik ölkədir

Azərbaycanda müxtəlif siyasi partiyalar fəaliyyət göstərir. Bu partiyaların fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının qanunvericiliyinə əsasən tənzimlənir. 2022-ci il dekabr ayının 16-da Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, bu qanun ölkədə siyasi partiyaların fəaliyyət mexanizmi müəyyən edir.  

“Siyasi partiyalar haqqında” qanun özündə Azərbaycan vətəndaşlarının siyasi iradəsinin ifadəsi və hüquqların tənzimlənməsi üçün vacib sayılan müddəaları ehtiva edir. 18 yaşına çatmış hər bir vətəndaş öz siyasi baxışlarını azad şəkildə bildirmək imkanına sahibdir. Seçki Məcəlləsi ilə bütün partiyaların Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirakı tənzimlənir.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev hər zaman çıxışlarında siyasi dialoqun vacibliyini bildirmişdir. Ölkə başçısı bu prosesə müharibədən əvvəl start verildiyini və qısa müddət ərzində yaxşı nəticələr əldə olunduğunu qeyd etmişdir. Siyasi partiyalar arasındakı ümummilli məsələlərdə fikir müxtəlifliyi ola bilməz. “Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir”.

Ölkə başçısı 21 sentyabr 2020-ci ildə  BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında çıxış edərkən bildirmişdir ki, Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 11 yanvar 2023-cü ildə verdiyi ““Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə”  Fərmanı mühüm tarixi əhəmiyyət daşıyır.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri