30 mart 2023 21:50
206

ABŞ Ukraynaya 400 milyon dollar yardım edib

ABŞ enerji sisteminin bərpası üçün Ukraynaya 400 milyon dollar ayırıb.

“İki sahil”  TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yaydığı məlumatda deyilir.

“ABŞ hökuməti USAID vasitəsilə Ukraynaya qış dövrü üçün, O cümlədən energetika sisteminin təmiri üçün avadanlıqlar, elektrik generatorları, istilik stansiyalarının dəstəyi və humanitar yardım üçün 400 milyon dollarlıq yardım ayırıb”, - Agentliyin yaydığı mətndə bildirilib.