01 aprel 2023 08:44
353

Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

İspaniyanın "Real Madrid" futbol klubu fransalı hücumçusu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanı klublarından birində davam etdirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Todofichajes" xəbər verib.

Mənbənin məlumatına görə, hücumçu hələ Madrid klubunun tərkibində çıxışını davam etdirmək istədiyinə əmin deyil. Artıq ona Səudiyyə Ərəbistanından karyerasını bitirmək üçün münasib olan təklifin olduğu da bildirilib.

Eyni zamanda, "Real Madrid" hələ fransalı futbolçu ilə yeni müqavilə imzalamayıb.