01 aprel 2023 14:14
224

Almaniyanın müdafiə naziri: Mövcud boşluqları 2030-cu ilə qədər aradan qaldırmaq mümkün deyil

2030-cu ildən sonra da Almaniyanın hərbi texnikasında boşluqlar olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius "Welt am Sonntag" qəzetinə deyib.

"Biz hamımız bilirik ki, mövcud boşluqları 2030-cu ilə qədər tam aradan qaldırmaq mümkün deyil. Ona görə də biz prioritetləri müəyyən etməliyik”, - deyə o bildirib.

Müdafiə nazirinin sözlərinə görə, bu prioritetlərdən biri NATO-nun şərq cinahının müdafiəsidir.
"Bizim üçün bu, ilk növbədə 2025-ci ilə qədər tam təchiz olunmuş diviziya yaratmaq və NATO-nun Cavab Qüvvələrinə adekvat töhfə vermək deməkdir.
Bundesverin yerinə yetirməli olduğu üç vəzifə var: Milli və müttəfiqlərin müdafiəsi, eləcə də beynəlxalq böhran əməliyyatları. Bu, maddi və şəxsi heyətlə dəstəklənən imkanlar tələb edir", - Pistorius deyib.