01 aprel 2023 15:56
259

Ukrayna Polşadan zirehli döyüş maşınları alır

Ukrayna Polşadan zirehli döyüş maşınları alır.

“İki sahil” xəbər verir ki, bu barədə Polşa Baş naziri Mateuş Moravietski "Twitter"də bildirib.

"Ukrayna ordusu bizdən "Siemianowice Śląskie"də istehsal olunan 100 "Rosomaks" zirehli transportyoru alacaq".

Bunların yüksək keyfiyyətli zirehli maşınlar olduğunu vurğulayan Polşa hökumət başçısı bu alış üçün vəsaitin Aİ və ABŞ pulu ilə ödənəcəyini qeyd edib.