Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan- Türkiyə qardaşlığı ilə tviterdə paylaşım edib.
“İki sahil” xəbər verir ki, o, Prezident İlham Əliyevin sitatını və iki ölkə liderinin fotosunu paylaşıb.
“Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Türkiyə Prezidentinin, Türkiyə Respublikasının nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq”, - sitatda bildirilib.
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib