KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

“Mən utanıram...”

17 aprel 2023 22:47
5351

Günün nəbzi

Bu sifət ki, sizdə var, çətin!..

Erməni deputat öz xalqında adamyeyən vəhşi tayfaların təzahürlərini aradan qaldırmaqda aciz olduğuna görə beynəlxalq birlikdən üzr istəyib

“Bir vətəndaş və millət vəkili kimi mən öz xalqımda ADAMYEYƏN VƏHŞİ TAYFALARIN TƏZAHÜRLƏRİNİ tamamilə aradan qaldırmaq üçün mümkün olan hər şeyi etmədiyimə görə bütün BEYNƏLXALQ SİVİL BİRLİKDƏN ÜZR İSTƏYİRƏM. Mən utanıram.”

Dünya çapında əsrin etirafı sayıla biləcək, xüsusilə özünü sivil, demokratiyanın beşiyi, insan haqlarının mətin müdafiəçisi  adlandıran Qərbdə kor gözləri, kar qulaqları, lal dilləri açmalı olan bu fikri Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputatı Ovik Ağazaryan Yerevanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılmasına münasibət bildirərkən söyləyib. Əslində erməni deputat bu etirafla, necə deyərlər, yeni bir Amerika kəşf etməyib. Sadəcə, öz toplumunun min illərin dərinliklərindən süzülüb gələn vəhşi, vandal xislətinin bugünümüzdəki real təzahür formalarını ifadə edib. Başqa sözlə, o, XX yüzilliyin sonu, XXI əsrin başlanğıcında “sivil dünyanın” kor  gözləri qarşısında Azərbaycanın suveren ərazilərinin 30 il sürmüş misli görünməmiş, hətta artıq keçmişdə qalmış ən vəhşi adamyeyən tayfaların  belə həsəd apara biləcəyi tükürpərdici barbarlıqla, kütləvi qətllər, soyqırımı aktları və torpağın altının üstünə çevrilməsi ilə müşayiət olunan işğalının doğurduğu acı nəticələrdən yalnız birini etiraf etməli olub. Sözügedən etiraf, eyni zamanda,   Ovik Ağazaryanın bu gün də hər addımda ağlasığmaz təzahürləri ilə qarşılaşdığımız vəhşi, adamyeyən əcdadları haqqında zaman-zaman həqiqəti dilə gətirmiş, onların iç üzlərini tam çılpaqlığı ilə açmış dahi şəxsiyyətlərin artıq aforizmə çevrilmiş fikirlərini bir daha xatırlatmaq zərurəti yaradır. Həmin görkəmli insanlar arasında bu gün xələflərinin bütün bəşəri dəyərləri vicdansızcasına “unudaraq” erməniləri dünyaya az qala “günahsız mələk”, “yazıq”, “məzlum”, “əzabkeş”, “vəhşi türklər və azərbaycanlılar tərəfindən zaman-zaman dəhşətli soyqırımına məruz qalmış sivil xalq” və digər bu kimi epitetlərlə təqdim etdikləri ruslar da var, fransızlar da, amerikanlar da, almanlar da, ingilislər də, nə bilim daha kimlər də... Dahiyanə kəşfləri,  təkrarolunmaz yaradıcılıqları və araşdırmaları ilə bəşər tarixinə böyük töhfələr vermiş bu şəxsiyyətlərin vaxtilə  qaniçən hay qəbiləsinin insanlıqdankənar mahiyyəti, xisləti, xarakteri  haqqında söylədiklərinə göz atdıqca istər-istəməz düşünməli olursan: İlahi, görəsən bu gün barbar erməniləri mələk simasında görən, bu vəhşi toplumun havadarlarının dəstəyi ilə sahib olduğu tarixi Azərbaycan torpaqlarında zaman-zaman törətdiyi vəhşilikləri  qulaq və göz ardına vurub, Ovik Ağazaryanın təbirincə desək, adamyeyənlər üçün timsah göz yaşları axıdan Avropa Parlamentinin, Fransa Senatının və Milli Assambleyasının, ABŞ Konqresinin və Senatının, Rusiya Dövlət Dumasının, digər ölkə parlamentlərinin üzdəniraq deputatları öz  həmvətənlərinin söylədiklərini xatırlayırlarmı? Əgər  unudublarsa vaxtilə həmvətənlərinin bu adamyeyən tayfa haqqında söylədikləri aforizmlərdən bir neçəsini yadlarına salırıq.

“Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır” (Aleksandr Qriboyedovun Rus imperatoruna məktubundan). “Mən ermənilərlə heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir” (Fransız səyyahı qraf De-Şolye). “11-12-mart gecələrində erməni cəlladları Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülər və baltalarla qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını əksərən öz məşum planları məqsədi ilə qazılmış xəndəklərə atırdılar. Mənim yavərim iki yüz belə xəndək saymış və cinayətlərin üstünü açmışdı” (Rusiya ordusunun generalı L.Odişelidzenin 1915-ci il tarixli məlumatından). “Ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər” (Rus tədqiqatçısı V. L. Veliçko). “Ermənilər fikirlərini, niyyət və duyğularını gizli saxlayan, hiyləgər, kələkbazdırlar” (Fransa yazıçısı Aleksandr Düma).  “Ermənilərin xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə!” (Rus diplomatı Mayevski). “Eçmiədzin kilsəsi bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur. Bu kilsə məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı” (Fransa alimi de-Ban). "Erməni etnosu Qafqazın sərhədlərindən kənarda formalaşmışdır. Ermənilər Hind-Avropa qəbiləsinin İran qolunun bir budağıdır. Ölkənin qədim tarixi, demək olar ki, məlum deyil" (tarixçi alim İ.Dyakonov).

Fikir verdinizsə, vaxtilə adamyeyən hay tayfalarının vəhşi xarakterləri haqqında əsl həqiqəti söyləyənlər əsasən mütəfəkkir fikirli fransızlar və  ruslar olub. O fransızlar və ruslar, xüsusilə Fransa və Rusiya kimi beynəlxalq arenada böyük çəkiyə malik dövlətlərə rəhbərlik edənlər ki, bu gün xələflərinin adamyeyən vəhşi toplum kimi səciyyələndirdikləri ermənilərə daha geniş qucaq açır, onları yağ içində böyrək kimi bəsləyərək azərbaycanlıların və türklərin üstünə qısqırdırlar.

Görəsən bu gün ermənidən daha betər ermənilik edən Fransa prezidenti Emmanuel Makron həmvətənlərinin çox da uzaq olmayan keçmişdə haylar haqqında dediklərini oxuyarkən özünün dövlət başçısına yaraşmayan cinayətə bərabər əməllərindən xəcalət çəkibmi? Ümumiyyətlə, oxuyubmu? Bəlkə bu başabəla prezidentin orta məktəbdə müəllimi olmuş özündən 25 yaş böyük arvadı ona bu tarixi həqiqətlər barədə heç nə anlatmayıb? Elə isə Makrona və onun kimi adamyeyən vəhşi erməni toplumunun dəstəkçiləri olan dövlət və hökumət başçılarına hayların görkəmli simalarının öz tayfaları  haqqında söylədiklərindən bir neçə nümunəni xatırladırıq.

Yeğişe Çarens (şair): "Bizdə riyakarlıq ana bətnində olarkən yaranır." Ovanes Tumanyan: "Həqiqi qurtuluş daxildən başlanmalıdır, amma biz ermənilər daxilən xəstəyik.” Manuk Aqabekyan (akademik): "Erməni xalqının kökləri haradadır, bura necə, nə vaxt, haradan və hansı yollarla gəlib. Bizdə bunun dəqiq və aydın sübutları yoxdur.”  Levon Daleqyan: "Ermənilər öz milli varlığı üçün birbaşa türklərə borcludurlar. Əgər biz bizanslılar və ya başqa avropalılar arasında qalsaydıq, erməni adı ancaq tarixi kitablarda saxlana bilərdi."

Bax, belə! Ovik Ağazaryanın “Mən utanıram” etirafına gəlincə... Qarşıdan bütün dünyada tozanaq qoparacaq bədnam kampaniya- 24 aprel qondarma “erməni soyqırımı” günü gəlir. Görəsən, həmin gün bu adamyeyən və vəhşi tayfa üçün saxta göz yaşları axıtmaqda pərgar olan makronların nəhayət, Ovik Ağazaryandan nümunə götürərək “Mən erməni soyqırımı” ifadəsini işlətməyə utanıram” etirafında bulunmağa cəsarətləri çatacaqmı?.. Bu sifət ki, onlarda var, çətin!..

Əhməd Qurbanoğlu, “İki sahil”