KÖŞƏ

Vəli İlyasov

Gözlərinin yaşı heç qurumasın!

26 aprel 2023 02:14
1771

Olmayan faciənin yalançı anım günü

Dünyada yeganə millətdir ki,  həyatını yüz illərlə sərgərdanlıqla, ölkədən-ölkəyə köçməklə, onun-bunun qapısında nökərçilik etməklə, xəyanətlə, oğurluq-əyriliklə və digər şər əməllərlə yaşayır. Bunlar hələ də ana vətənlərinin hansı ərazi olduğunu bilmirlər. Bəziləri Dəclə və Fərat çaylarının arasındakı ərazidən gəldiklərini söyləyir, bəziləri Hindistan qaraçıları olduqlarını iddia edirlər. Kiçik bir qism isə lap gülməli bir versiya irəli sürür, guya Amerika qitəsindən Avropaya və Asiyaya köçdüklərini söyləyir.  Görürsünüzmü, hələ XXI əsrdə də bu əsilsiz-köksüzlər haradan peydan olduqlarını və dünyaya necə səpələndiklərini belə dəqiqləşdirə bilmirlər. Bilinən odur ki, daim özlərinə vətən axtarıblar.

Başlarını başlara qoşmağa çalışan ermənilər Rusiya çarlarının, xüsusilə I Pyotrun qılığına girərək Azərbaycan torpaqlarına göz dikdilər, çünki dövlət qurmaq üçün əvvəlcə ərazi əldə etmək lazım idi. XIX əsrin əvvəllərində imperator ordularının köməyi ilə İrandan, Türkiyədən Azərbaycan torpaqlarına daşınıb gətirilən ermənilər ayaqlarına yer eləyəndən sonra özlərinə saxta tarix yazdılar və xəritələr tərtib etdilər. Həmin saxta tarixlərdə və xəritələrdə Azərbaycanın və Türkiyənin bir çox ərazilərini "böyük Ermənistan"ın əraziləri kimi qələmə verdilər. Bu yalanları həqiqətə oxşatmaq üçün məskunlaşdıqları ərazilərdə yer adlarını, toponimləri dəyişdirərək erməniləşdirdilər, qədim alban monastrlarını və abidələrini erməni xaçları ilə bəzəyərək özününküləşdirdilər. I Dünya müharibəsi ərəfəsində isə Rusiya çarı II Nikolay yanına gələn ermənilərə Azərbaycan ərazisində onlara dövlət quracağını vəd etdi.

Birinci Dünya müharibəsində Türkiyənin ən ağır dövründə ermənilər silahlanaraq Vanda, Ərzurumda, Anadoluda və digər vilayətlərdə dinc türk ailələrini qırıb-çatdılar, kəndləri qarət edib yandırdılar. Erməni silahlı birliklərinin bir hissəsi isə Rusiya tərəfə keçərək Türkiyəyə qarşı döyüşdülər. Vəziyyətin ağırlaşdığını görən Türkiyə hökuməti daxildə kəskin böhran yaradan erməniləri ölkənin içərilərinə körürməyə məcbur oldu.

Köc ərəfəsində bəzi ermənilər yolda xəstələnib öldülər, qəzaya düşdülər və s. Bu hadisələrdən onillər keçsə də bu barədə danışan yox idi. Çünki danışsaydılar gərək öz xəyanətlərindən də danışaydılar. Ona görə də susdular. 1960-cı illərdə Türkiyəyə düşmən münasibətdə olan SSRİ rəhbərliyi və ideoloqları "erməni genosidi" məsələsini uydurub ortaya atdılar. Bundan istifadə edən ermənilər İrəvanda "genosid abidəsi" tikərək 1965-ci ildə olmayan soyqırımının 50 illiyini keçirməyi planlaşdırdılar. Rus ideoloqlarından "dərs" alan erməni ziyalıları və cəmiyyətinin bir hissəsi bu yalana inanmağa başladılar. Şairlər və yazıçılar öz cızmaqaralarında Türkiyəyə və Azərbaycana qarşı nifrət oyadırdılar. Türklərə qarşı o qədər böyük nifrət aşılanmışdı ki, ailələrdə bələkdəki uşaqların qulağına "türklər bizim düşmənimizdir" deyə pıçıldayırdılar. Mənfur yazıçı Zori Balayanın o illərdə yzdığı “Ocaq” adlı əsərində türklərə və azərbaycanlılara qarşı sonsuz kin və nifrət aşılanırdı. Beyinləri zəhərləyən həmin cızmaqara bütün erməni ailələrinə paylanırdı ki, hamıda türkün zalımlığına inam yaransın. Erməni “ziyalıları” türkün “vəhşi” obrazını yaratmaq və onu dünyaya yaymaq üçün dəridən-qabıqdan çıxırdılar. Bu işdə onlara həm Sövet hökumətinin yüksək səlahiyyətlərə malik    şəxsləri və xaricdəki erməni diasporları fəal kömək edirdilər.    Beləliklə, onlar saxta sənədlərlə sübut etmək istəyirdilər ki, Qərbi Azərbaycan, Qarabağ və Naxçıvan qədim erməni yurdudur, türklər bu yerləri onların əlindən silah gücünə alıb və erməniləri qırıb-çatıblar. Bunun ardınca da soyqırımılar seriyası təqdim olunurdu. Təəccüblüsü budur ki, onlar özləri uydurduqları bu yalanlara özləri də  inanır və zaman keçdikcə bunlara yeni təfərrüatlar əlavə edirdilər.

1965-ci ildən indiyədək ermənilər İrəvandakı həmin murdar abidənin önünə yığışır, orada türklərə və azərbaycanlılara iftira yağdırır, siyasi ehtirasları daha da qızışdırırlar. Əsassız ərazi  iddiaları, kin və nifrət onları nəhayət, gətirib Qarabağ müharibəsinə çıxardı. Birinci müharibədə çoxsaylı tərəfdarlarının hərtərəfli köməyi sayəsində qalib gələ bilsə də, ikinci müharibədə təkbətək qalan Ermənistan biabırçı məğlubiyyətə uğradı. Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad etdi. Kim bilir, bəlkə də gələcəkdə ermənilər bunu da daha bir soyqırımı kimi "oformit" etdilər. Hələlik başları başqa işlərə qarışıqdır, adətlərinə uyğun olaraq yenə də aranı qızışdırmaqla məşğuldurlar.

Aprelin 24-də səhər tezdən Ermənistan sakinləri və qonaqları Tsitsernakaberd təpəsindəki “Erməni soyqırımı qurbanları xatirəsi” abidəsi ətrafına yığışıblar. Haylar yenə də İrəvandakı saxta soyqırımı abidə kompleksinin önünə yığışıb hay-haray və vay-şivən qoparıblar. Du dəfə saxta göz yaşlarının “dozası” ikiqat olub. Axı, həm köhnə dərdlərini, həm də sonuncu məğlubiyyətlərini ağlamalı olubar. Lap yaxşı, gözlərinin yaşı heç qurumasın!