03 may 2023 17:30
1342

Şagirdlər üçün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna tur təşkil olunub - FOTO

“Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda keçirilən tədbirlərin davamı olaraq, mayın 2-də 6 nömrəli məktəb-liseyin şagirdləri üçün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna (BDÖZ) tur təşkil olunub.

“İki sahil” xəbər verir ki, SOCAR bununla bağlı rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.

İlk öncə, tədbir iştirakçıları Ulu Öndərin 100 illik yubileyinə həsr olunan sərgi ilə tanış olublar.

Daha sonra “BOS Shelf” MMC-nin baş direktor vəzifəsini icra edən Nazim Hüseynov Ulu Öndərin yeni neft strategiyası haqqında mühazirə ilə çıxış edib.

Sonra tədbir iştirakçıları BDÖZ-ün istehsalat ərazisi ilə tanış olublar.

Sonda məktəb şagirdlərinə xatirə hədiyyələri təqdim edilib.