01 mart 2026 14:07
186

Sumqayıt və Xaçmaz RQİİ-lərin nümunəvi işçiləri təltif edildi

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Sumqayıt və Xaçmaz Regional Qaz İstismarı İdarələrinin bir qrup əməkdaşı ilə görüşüb.

"Azəriqaz"dan “İki sahil”ə verilən məlumata görə, Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktora görüşə gələn əməkdaşların əldə etdikləri nailiyyətlər və görülən işlər haqqında ətraflı məlumat verilib. Daha sonra ümumilikdə 12 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb