SOCAR komandası Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini-futbol turnirinin qalibi olub.
“İki sahil” xəbər verir ki, SOCAR feysbuk səhifəsində turnirin qalibi olan həmkarlarını təbrik edib.
Təbrikdə qeyd edilib:
Energetika Nazirliyinin təşkilatçılığı ilə energetika sahəsində fəaliyyət göstərən dövlət qurumları arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini-futbol turniri başa çatıb.
SOCAR komandası turnirin qalibi olub. Eyni zamanda, komanda üzvlərimiz “Turnirin bombardiri" və "Turnirin ən yaxşı qapıçısı" mükafatlarına layiq görülüblər.
Həmkarlarımızı ürəkdən təbrik edirik!