09 may 2023 11:54
632

Ruslan Əliyev Xızıda vətəndaş qəbulu keçirib - FOTO

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev mayın 8-də ənənəvi  vətəndaş qəbulunu  Xızı rayonunda keçirib. Qəbulda Xızı,  Siyəzən və Xaçmaz rayon sakinlərinin  qaz təchizatı ilə bağlı müraciətləri müraciətləri dinlənilib.  

Baş direktor onlarca vətəndaşı qəbul edərək  onların qaz təsərrüfatı ilə bağlı problem və təkliflərini, eyni zamanda, iradlarını dinləyib. Qəbul zamanı Ruslan Əliyev həlli mümkün olan məsələlərin icrasına dair dərhal göstərişlər verib. Həmçinin araşdırılması lazım olan vətəndaş müraciətləri isə şəxsən nəzarətə götürülüb.

Bu, bir reallıqdır ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və göstərişləri əsasında dövlət qurumlarının rəhbərlərinin bu kimi vətəndaş qəbullarının davamlı şəkildə keçirmələri ölkə vətəndaşlarının rifah halını yüksəltməyə, onların daha rahat yaşamalarına ciddi şəkildə yardım edir.

Elçin Zaman, "İki sahil"