12 may 2023 11:17
464

TANAP vasitəsilə 45 milyard kubmetrə yaxın qaz nəql edilib

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə indiyədək 45 milyard kubmetrə yaxın qaz nəql edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə “SOCAR Türkiyə’’nin Baş direktorunun vəzifəsini müvəqqəti icra edən Elçin İbadov bildirib.

Onun sözlərinə görə, kəmər vasitəsilə nəql edilən qazın 23,3%-i Avropaya tədarük olunub.

Elçin İbadov onu da qeyd edib ki, TANAP vasitəsilə nəql edilən qazın 21,5%-i Türkiyənin payına düşüb.