12 may 2023 11:33
574

"SOCAR Türkiyə" karbon emissiyasını sıfıra çatdırmağı hədəfləyib

SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan "SOCAR-Türkiyə" 2035-ci ilədək karbon emissiyasını 40%-dək azaltmağa planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə “SOCAR Türkiyə’’nin Baş direktorunun vəzifəsini müvəqqəti icra edə Elçin İbadov İzmirdə təşkil olunan mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, 2050-ci il üçün bu göstəricini 0-a çatdırmaq hədəf kimi qoyulub.

Elçin İbadov onu da əlavə edib ki, bu göstəricilərin əldə olunması istiqamətində müvafiq işlər həyata keçirilir.