12 may 2023 11:52
458

"SOCAR Türkiyə" qardaş ölkənin neft məhsullarına olan ehtiyacının 25 faizini təmin edir

"SOCAR Türkiyə" Türkiyənin dizel yanacağında olan ehtiyacını 20-25% təmin edir.

“İki sahil”in Türkiyənin İzmir şəhərinə ezam edilmiş müxbirinin verdiyi məlumata görə, bunu “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim Petrokimya Holding”in Baş direktoru Anar Məmmədov İzmirdə təşkil olunan  mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, şirkət Türkiyənin neft məhsullarında olan ehtiyacını 25% təmin edir.

Anar Məmmədov onu da qeyd edib ki, "SOCAR Türkiyə" Türkiyənin neft-kimya məhsulları üzrə bazarının 12%-i əhatə edir 

Anar Məmmədov onu da əlavə etdi ki, SOCAR -ın Türkiyədə investisiya yatırımlarının həcmi 18 milyard dollar səviyyəsindədir, bu vəsaitin 10 milyard da İzmirin Əliağa börqəsinin payına düşür.