12 may 2023 12:24
509

“Mercury” layihəsi hazırda tamamilə dayandırılıb - “SOCAR Türkiyə” rəsmisindən AÇIQLAMA

SOCAR Türkiyədəki törəmə “SOCAR Türkiyə” şirkətinin BP şirkəti ilə birgə həyata keçirməli olduğu​ “Mercury” layihəsi hazırda tamamilə dayandırılıb.

“İki sahil"in Türkiyənin İzmir şəhərinə ezam edilmiş müxbirinin verdiyi məlumata görə, bu barədə “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim Petrokimya Holding”in Baş direktoru Anar Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu layihənin dayandırılmasının​ iki səbəbi var: “Bunun ilk səbəi BP şirkətinin ümumilikdə bütün dünyada neft-kimya istehsalına yatırımları dayandırması ilə bağlı qərar verməsi olub”.

A.Məmmədov deyib ki, bunun ikinci səbəbi isə neft-kimya istehsalı sahəsində bazar şərlərinin dəyişməsidir: “5 il əvvəl olan bazar şərtlər bu gün artıq uyğun gəlmir. Amma bu o demək deyil ki, bu layihə bizim gündəmdən çıxıb. Bu layihə yenə də bizim üçün gündəmdər. Bazar şətləri uyğun olarsa, biz bu layihəni başqa bir şirkətlə davam etdirəcək”.

"SOCAR Türkiyə"nim rəsmisinin sözlərinə görə, bu gün neft-kimya SOCAR-ın əsas strategiyasında önəmli yer tutur: “Neft-kimyanı​ və neft-kimya məhsullarının ​ əvəz edəcək məhsul hələki yoxdur. Bu səbəbdən də bu layihə hər zaman bizim üçün gündəmdə olacaq”.