Türkiyə tərəfindən qaz təsərrüfatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlərin Trans-Anadolu kəməri (TANAP) üçün genişləndirmə imkanlar yaradacaq.
“İki sahil"in Türkiyənin İzmir şəhərinə ezam edilmiş müxbirinin verdiyi məlumata görə, bu barədə “SOCAR Türkiyə’’nin Baş direktorunun vəzifəsini müvəqqəti icra edə Elçin İbadov İzmirdə təşkil olunan mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Türkiyədə qaz resurslarının axtarışı, mayeləşdirilmiş təbii qaz stansiyalarının tikintisi və qaz xəttlərinin qurulması istiqamətində məqsədyönlü iş artıq 7 ildir gedir və dava etdirilir.
"Biz Türkiyənin bu istiqamətindəki potensialına inanırıq və inanırıq ki, bu, eyni zamanda bizə imkan verəcək ki, TANAP-dan daha səmərəli istifadə edək", - Elçin İbadov qeyd edib.
Onun sözlərinə görə, hazırda TANAP xəttinin genişləndirilməsi ilə bağlı müvafiq işlər aparılır.