"Feyenoord"un baş məşqçisi Arne Slot "Tottenhem"i çalışdıracağı barədə yayılan məlumatlara münasibət bildirib.
“İki sahil” xəbər verir ki, o, bu iddiaları təkzib edib və klubu ilə yeni müqavilə imzalamaq istədiyini deyib: "Haqqımdakı iddiaları eşidirəm. Bir çox komandanın mənimlə maraqlandığı yazılır. Amma mənim istəyim "Feyenoord"da qalmaqdır".
44 yaşlı mütəxəssisin baş məşqçiliyi altında "Feyenoord" 5 mövsüm sonra ilk dəfə Niderland çempionu olub. "Tottenhem"i isə müvəqqəti olaraq Rayan Meyson çalışdırır. O, bu vəzifədə Antonio Konteni əvəzləyib.