Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyətin həyata keçirilməsi məqsədilə görüş keçirilib.
Bu barədə "İki sahil"ə AMB-dən bildirilib. Məlumata görə, görüş zamanı investorların hüquqlarının qorunması, pozulmuş hüquqlarının qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsi, onların müraciət imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
"Bu zaman qanunvericiliyin tələbləri ilə yanaşı, Azərbaycan Mərkəzi Bankının “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair Metodoloji Rəhbərlik”inin əhəmiyyəti vurğulanmışdır. Görüş zamanı mübahisələrin alternativ həlli üsulu kimi mediasiya institutunun zəruriliyi vurğulanmış, daxil olan müraciətlərə baxılması, araşdırılması, həll olunması, mediasiya təcrübəsinin artırılması istiqamətində müzakirələr aparılıb".
Cəlilabadda “Aqrar sahədə dövlət dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
ASAN Süni İntellekt platforması vasitəsilə ABAD-da xidmətlərin EFFEKTİVLİYİ VƏ OPERATİVLİYİ TƏKMİLLƏŞDİRİLƏCƏK - ÖZƏL
Mikro sahibkarlar vergi və mühasibat uçotu sahəsində təcrübə çatışmazlığı ilə qarşılaşır - Vüsal Arzumanlı