26 may 2023 12:00
261

PSJ Messiyə 100 milyon avroluq yeni müqavilə təklif edir

Fransanın PSJ klubu futbolçusu Lionel Messini heyətində saxlamaq istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Fransua Qallardo sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, Paris təmsilçisi 36 yaşlı hücumçuya 1+1 illik 100 milyon avro maaşla yeni müqavilə təklif etməyə hazırdır.

Qeyd edək ki, təcrübəli oyunçunun sözləşməsi yayda başa çatacaq. Argentinalı forvard cari mövsüm komanda ilə bütün turnirlərdə 39 matça çıxıb, 20 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.