28 may 2023 22:04
281

10 yaşlı uşağı avtomobil vurub

Masallıda 10 yaşlı uşağı avtomobil vurub.

“İki sahil” xəbər verir ki,  hadisə rayonun Köçəkli kəndində baş verib. Avtomobil velosipedlə hərəkətdə olan 10 yaşlı Rəşid Mehdi oğlu Mehdiyevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ bud - baldır nahiyəsində sınıq, üzündə didilmiş yaralar diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.