28 may 2023 22:11
333

Premyer Liqanın qalibləri mükafatlandırılıblar

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıblar.

“İki sahil” xəbər verir ki, mükafatlandırma mərasiminə AFFA-nın prezidenti Rövnəq Abdullayev, qurumun baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov qatılıblar. “Azersun Arena”da təşkil olunmuş tədbirdə “Qarabağ”a qızıl, “Sabah”a gümüş, “Neftçi”yə bürünc medallar təqdim olunub. 22 qolla mövsümü bombardir kimi başa vuran “Qarabağ”ın hücumçusu Ramil Şeydayevə də mükafatı verilib.