29 may 2023 00:25
933

Təyyarə quş sürüsü ilə toqquşaraq ciddi zədə alıb

“Air France” şirkətinin Tokio-Paris reysi ilə uçan “Airbus A350” tipli təyyarəsi startdan 356 dəqiqə sonra Tokio aeroportuna qayıdıb.

"İki sahil"in “Figaro”ya istinadla xəbərinə görə, buna səbəb hava gəmisinin Sakit okean üzərində quş sürüsü ilə toqquşması olub. Hadisə nəticəsində təyyarənin burun hissəsi, o cümlədən meteoroloji radar və sürətölçən sıradan çıxıb. Gəmi komandiri Tokioya qayıtmağa qərar verib. Təyyarədəki 324 sərnişin və heyət üzvləri arasında xəsarət alan yoxdur.

https://twitter.com/A350Blog/status/1662761000817360896