“Türkiyə Prezidenti ənənəvi olaraq ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana edir”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib.
Onun sözlərinə görə, iyunun 1-də Moldovanın paytaxtı Kişineuda da bir tədbir var: “Prezident Rəcəb Tayyib Ərdoğanın həmin toplantıya qatılıb-qatılmayacağı hələ ki məlum deyil”.
İ.Kalın deyib ki, Kişineuda keçiriləcək görüşə Avropa İttifaqına üzv ölkələr və daha 20 dövlət dəvət edilib: “Orada liderlərlə bir görüş də ola bilər".
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub