31 may 2023 23:53
265

Lerik rayonunda futbol çempionatı başa çatdı

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının,   Gənclər və İdman İdarəsinin, eləcə    Lənkəran - Astara Regional Təhsil İdarəsi Lerik rayon Təhsil Sektorunun birgə təşkilatçılığı sayəsində baş tutan dahi şəxsiyyət,  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş futbol çempionatına yekun vuruldu.

Rayonda fəaliyyət göstərən 6 ümumtəhsil məktəb komandası yaşıl meydançada qələbə uğrunda gərgin  mübarizə apardı.   Leytenant Arif Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin komandası bütün rəqiblərini üstələyərək  yarıcın birincisi oldu.   Yarışın qalib komandası  diplom, medal və kubokla təltif edildi.

Onu da bildirək ki,  yarışın təşkilində  məqsəd Ümummilli Lider Heydər Əliyevin 100 illiyini qeyd etmək, onun görkəmli tarixi şəxsiyyət kimi Azərbaycan dövlətçiliyində mütərəqqi fəaliyyətini nəzərə çatdırmaq, yeniyetmələrə vətənpərvərlik hissini aşılamaq, həmçinin  onların  arasında  futbol  idman növünün təbliğ və inkişafı olmuşdur.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü